PDF Oxu

Siyasət

  • 18

Bahar Muradova: “Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində bir Azərbaycan modeli var”

Bahar Muradova: “Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində bir Azərbaycan modeli var”

"Biz qeyri-hökumət təşkilatlarının müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edirik, eləcə də beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə qanunla şərait yaradırıq. Ancaq təəssüf ki, çox zaman bu fəaliyyətlər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.B. Muradova qeyd edib ki, beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq: "Hesab edirəm ki, qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığı aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətlər işini daha da ciddiləşdirmək lazımdır. Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və eləcə də aparıcı dövlətlər tərəfindən idarə olunan proseslər çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha açıq şəkildə büruzə verir və biz öz mövqeyimizin doğruluğunu isbat etmək üçün çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərinin haqlı kimi qələmə verməyə çalışırlar". B. Muradova vurğulayıb ki, inkişafın, tolerantlığın bir Azərbaycan modeli olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində də bir Azərbaycan modeli var: "Biz bu modelin üstün cəhətlərindən istifadə edərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmalıyıq".B. Muradova əlavə edib ki, xaricdə yaşayan həm azərbaycanlı soydaşlarımız, həm də dünyada tanınmış aparıcı simalar QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant layihələri alıblar və artıq bizimlə birlikdə Azərbaycan həqiqətlərini yaymaq istiqamətində işlər görürlər. Ona görə də düşünməməliyik ki, QHT-lərə Dəstək Şurasına ayrılan 6 milyon manat çox vəsaitdir. Əgər vəzifələri göz önünə gətirsək, o zaman 6 milyon həmin vəzifələri yerinə yetirməyə imkan vermir. Bu baxımdan bu vəsaitin artırılmasına ehtiyac var".B. Muradova qeyd edib ki, dini radikalizmin tolerantlığa alternativ olan neqativ səylərin artdığını görərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu işlərə xüsusi diqqət yetirməsinə ciddi ehtiyac var və bu məqsədlə quruma əlavə vəsaitlərin ayrılmasını məqsədəuyğun hesab edir.

sia.az

Digər xəbərlər