PDF Oxu

Siyasət

  • 33

Yasamalda YAP-ın yaranmasının 22-ci ildönümü qeyd olundu

Yasamalda YAP-ın yaranmasının 22-ci ildönümü qeyd olundu

Bu gün Bakı Biznes Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, təşkilatın sədr müavini Tağı Əhmədov, "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-da kafedra müdiri, professor İradə Hüseynova və digərləri iştirak edib.Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov partiyanın yaradılmasından bəhs edərkən bildirib ki, Yeni Azərbaycan Partiyası yaranana qədər Fərəməz Maqsudov, Əli Nağıyev və Murtuz Ələsgərovun rəhbərliyi ilə Bakıda "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti yarandı. Bu cəmiyyət blokada şəraitində olan Naxçıvana maddi-mənəvi dəstək göstərilməsi məqsədilə yaradılmışdı. Cəmiyyətin iclaslarının birində ölkədəki ictimai-siyasi vəziyyətin gərginliyi, ölkənin məhv olmaq təhlükəsi ilə üzləşməsi ilə bağlı bir sıra ciddi məsələlər müzakirə olundu. Aparılan müzakirələrdən sonra belə bir nəticəyə gəldik ki, yeni bir siyasi partiya yaradaq. 1992-ci ildə oktyabr ayının 14-də Milli Elmlər Akademiyasının binasının birinci mərtəbəsində yerləşən kiçik zalda "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti üzvlərinin iclası keçirildi. Orada Heydər Əliyevə müraciət oxundu və 91 nəfər ziyalının Ulu Ödərimizə ünvanladığı bu müraciət oktyabr ayının 16-da "SƏS" qəzetində dərc olundu. Oktyabr ayının 20-də isə Heydər Əliyev bu müraciətə cavab verdi. Bundan sonra Heydər Əliyev bu partiyanı yaratmaq istəyənlərin qarşısında bir sıra məsələ qoydu. Əgər partiyanı yaratmaq istəyənlər qarşıya qoyulan ideyaların həyata keçirilməsində iştirak edəcəkdilərsə, onda Heydər Əliyev bu partiyanı yaratmağa və ona rəhbərlik etməyə razılıq verirdi. 1992-ci il oktyabrın 21-də ölkəmizin bütün bölgələrini əhatə edən 550 nəfər Naxçıvan şəhərində Heydər Əliyevin ətrafında sıx birləşdilər. Mənim də daxil olduğum həmin 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın nizamnaməsi və proqramını da Heydər Əliyevin özü hazırlamışdı. Nəhayət, Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi. Sonrakı mərhələdə Yeni Azərbaycan Partiyasının rayon özəklərinin yaradılması prosesinə başlanıldı".rayon təşkilatının sədri qeyd edib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır: "Tarixə "91-lər"in müraciəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapıb. Dahi şəxsiyyət Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. 22 illik şərəfli yol bu fikirlərin təsdiqidir. Ulu öndərin "Dünənin, bu günün və gələcəyin partiyası" deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov isə diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının ötən 22 illik fəaliyyəti dövründə yüksək templə böyüyərək, respublikada ən güclü siyasi qüvvə kimi mövqe tutmasının təməl prinsipləri mövcuddur: "Belə ki, partiyanın Ulu öndər Heydər Əliyev kimi dahi, uzaqgörən, böyük siyasi təcrübəyə, idarə etmək qabiliyyətinə və fenomen keyfiyyətlərə malik siyasi liderinin olması, YAP-ın Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında ölkədə hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədinə xidmət etməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, ictimai həmrəylik və demokratik vətəndaş cəmiyyətini formalaşdırması və insanları müstəqil dövlətçilik ətrafında birləşdirməsi kimi amillər söylənilən prinsipləri təşkil edir. Bununla yanaşı, partiyamızın ictimai-siyasi təşkilatlarla qarşılıqlı hörmət və əməkdaşlığa söykənən siyasi, sivil, mədəni dialoq qurmağa hazır olması və xarici ölkələrin mütərəqqi partiyaları və ictimai təşkilatları ilə hərtərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq uğrunda çıxış etməsi də onun həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə nüfuz qazanmasının əsasını təmin edir. Təbii ki, bu cür amilləri nəzərə alaraq, demək olar ki, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kimi cəmiyyətin inkişafına özünəməxsus töhfələr verir. Hər şeydən əvvəl xalqın tələblərini cavablandıran YAP-ın güclü sosial bazaya malik olmasının və nüfuzlu ümumxalq partiyaya çevrilməsinin əsasları da var".Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-da kafedra müdiri, professor İradə Hüseynova vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyev demişdir ki, "YAP Azərbaycanın bu gününə və gələcəyinə xidmət edən bir partiyadır. YAP-a hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir. Bu Partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır". Həqiqətən də YAP Heydər Əliyevin siyasi nüfuzunun, zəkasının məhsulu olan partiyadır. YAP-ın yaranması tarixi bir hadisədir. Öz sıralarında 650 mindən artıq üzvü birləşdirən hakim partiya Respublikamızın ictimai-siyasi həyatında ən görkəmli yer tutur və Azərbaycan xalqının xoş gələcəyini təmin edən partiyadır".Sonda isə partiya sıralarına qoşulan bir qrup gəncə YAP-ın üzvülük vəsiqələri təqdim olunub, eyni zamanda partiyanın fəaliyyətində aktivlik nümayiş etdirən bir neçə şəxsə Fəxri Fərman verilib.

sia.az

Digər xəbərlər