PDF Oxu

Siyasət

  • 28

Valeh Ələsgərov: “Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb”

Valeh Ələsgərov: “Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb”

"Bu gün TANAP VƏ TAP layihələrinə, Bakı-Tbilisi-Ceyhan xəttinə pul ayırmasaq, vəziyyətimiz necə olar? Bura pullar xərclənirsə, bu məqsədyönlü və əhalinin rifah halının yaxşılaşdırılmasına görədir". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Valeh Əlsəgərov deyib.V.Ələsgərov neftin qiymətinin düşəcəyi təqdirdə Azərbaycana dəyə biləcək ziyan barədə səslənən fikirlərə münasibət bildirib: "Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb. Lakin əsas məsələ beynəlxalq aləmdə gedən oyunlardır və buna kimsə nəzarət edə bilmir. Neftin qiyməti 1999-cu ildə 10 dollara düşəndə dünya dağılmadı ki? Xeyr! Buna görə də səslənən fikirlər əsassızdır. Ona görə də tənqidi fikir deyənləri təmkinli olmağa çağırıram".V.Ələsgərov bildirib ki, büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb və hər sahəyə pul artırılması ilə bağlı deyilən təkliflər başa düşülən deyil: "Hər bir sahəyə qoyulan puldan gəlirlər əldə edilir. Amma kimsə demədi ki, büdcəmizə nə qədər gəlirlər gələcək. Ayrılan vəsaitlərin nəticəsi barədə də danışmaq lazımdır".Valeh Ələsgərovun sözlərinə görə, energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır : "Hesab edirəm ki, "Azərenerji" bununla bağlı problemləri aradan qaldırmalıdır. Yoxsa, biz maliyyə itkisi ilə üzləşəcəyik".

sia.az

Digər xəbərlər