YAP Siyəzən rayon təşkilatının Qadınlar şurasının üzvləri Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. SİA-nın xəbərinə görə, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı Qadınlar Şurasının üzvlərinin birgə təşkilatçılığı ilə rayonun fəal qadınlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Təşkil olunan ekskursiyada qonaqlar Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olublar. Qonaqlara Mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
sia.az