PDF Oxu

Siyasət

  • 32

NQNK kompleksinin birinci mərhələsinə aid olan zavodlar 2020-ci ildə istismara veriləcək

NQNK kompleksinin birinci mərhələsinə aid olan zavodlar 2020-ci ildə istismara veriləcək

NQNK kompleksinin birinci mərhələsi çərçivəsində illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı və ildə ümumilikdə 860 min ton polimer istehsalını nəzərdə tutan qaz xammalı əsaslı Neft-Kimya Zavodlarının 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

AzərTAc xəbər verir ki, bu barədə Bakıda keçirilən İkinci "Azərbaycan və Xəzər dənizi Neft və Qaz həftəsi" forumundakı çıxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) layihə təşkilatı və nəzarət şöbəsinin müdiri Orxan Cəfərov məlumat verib.

O bildirib ki, kompleksin birinci mərhələsinə aid olan zavodlarla bağlı gələn ilin birinci rübündə tender elan olunacaq və tender 2015-ci ilin sonunda başa çatacaq. Tender zavodların tikintisi və texniki təchizatını əhatə edəcək və layihə üzrə işlərə gələn ilin sonundan başlanılacaq. İki zavodun tikintisinə ümumilikdə 7 milyard dollar vəsait sərf olunacaq.

AzərTAc

Digər xəbərlər