PDF Oxu

Siyasət

  • 30

Ziyafət Əsgərov: “Həmsədrlərin bəyanatı təxribatdır”

Ziyafət Əsgərov: “Həmsədrlərin bəyanatı təxribatdır”

"Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri təxribat xarakterli bir bəyanat veriblər. Onların bəyanatında deyilir ki, guya vurulan erməni helikopteri hazırda neytral bir ərazidə yerləşir. Bu bəyanatı ümumiyyətlə mənasız və məntiqsiz hesab edirəm". SİA-nın məlumatına görə, bu sözləri 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.Z.Əsəgərov vurğulayıb ki, erməni helikopterinin düşdüyü yer Azərbaycan ərazisidir və heç bir neytral ərazidən söhbət gedə bilməz: "ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç dövlət dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Bu nə anlayışdır neytral ərazi? ATƏT-in Minsk qrupunun həmsədrinin bu bəyanatı təxribatdır, mənasızdır və məntiqsizdir".

sia.az

Digər xəbərlər