"Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Yeni Azərbaycan Partiyası bu cümləni ölkə vətəndaşlarına nümunəvi xidməti ilə, onların qayğısına qalmaqla, bir sözlə gördüyü bütün işlərlə isbat edib. YAP bir siyasi təşkilatın edə biləcəyindən daha çox işlər görməklə, ölkə vətəndaşlarının haqlı inamını qazanıb". Bu fikirləri SİA-ya YAP GB ofisinin rəhbəri Əli Pənahov partiyanın 22-ci ildönümü bağlı düşüncələrini bölüşərkən deyib.YAP GB ofisinin rəhbəri qeyd edib ki, yarandığı gündən etibarən, partiyamız istər daxili siyasətdə, istərsə də xarici siyasətdə Azərbaycanı layiqli formada təmsil edib: "Artıq, 22 yaşı olan partiyamız hər bir Azərbaycan vətəndaşının üz tutanda geri qaytarılmayacağına əmin olduğu bir partiyaya çevrilib. YAP-ın region təşkilatları bölgələrimizdə, Bakı şəhərində yerləşən təşkilatları isə şəhər ərazisində yaşayan vətəndaşlarımızın qayğıları ilə maraqlanıb, onların problemlərinin həll olunmasında əsas vasitəçi kimi çıxış edir. 22 illik fəaliyəti dövründə əsas iş prinsipini Azərbaycan vətəndaşlarının rifahı, parlaq gələcəyi, dövlətimizin inkişafı istiqamətində quran partiyamız bu gün də bu missiyanı layiqli formada davam etdirir. Partiyamızın gənclərlə bağlı siyasəti Azərbaycan gəncinin hərtərəfli inkişafı, onun bilik və bacarığının artırılması və müasir cəmiyyətə inteqrasiyası istiqamətində olmaqla bütövlükdə Azərbaycan gəncliyinin ümumi inkişafına doğru yönəlib. Biz gənclər də, dövlətimizin əsas sütunu olan, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmaqdan böyük qürur hissi duyaraq, hər bir zaman Partiyamızın daha da inkişaf edib, qüvvətlənməsinə dəstək olmağa hazırıq".
sia.az