Dünən YAP Qusar rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Siyasi Şurasının üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq partiyanın yaranma tarixindən danışıb. O, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin xilas etdiyini, 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirib:"Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu gün YAP Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edilir. 22 il ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı naminə çalışıb".
Tədbirdə təşkilatın qadınlar şurasının sədri Kəmalə Qlıçova, gənclər birliyinin sədri Zeynal Əsgərov, Qusar rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək, tarixi gün münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Ulu Öndər Heydər Əliyevin ölkəni düşdüyü acınacaqlı vəziyyətdən xilas etməsini mühüm tarixi hadisə kimi qiymətləndiriblər. Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyi, böyük quruculuq-abadlıq işlərinin aparıldığı vurğulanıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda Cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi qeyd olunub. Hər kəsin ölkə başçısı ətrafında birləşməsinin vacibliyi vurğulanıb.
Tədbirdə bir qrup gəncə partiyanın vəsiqələri təqdim olunub və partiyanın fəalları qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Nəzakət ƏLƏDDİNQIZI