"G-20 sammitindən dönən Rusiya prezidenti Vladimir Putin uğursuz səfərini kompensasiya etmək üçün üzünü Çinə tərəf tutmağa qərar verib. Bəzi ekspertlər Rusiyanın Çini Qərbə qarşı birləşməyə razı salacağını güman etsələr də, yanıldıqlarını əminliklə deyə bilərəm". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.Politoloqun sözlərinə görə, hazırda Rusiyanın Çinlə ticarət dövriyyəsi 50 milyard dollar təşkil etdiyi halda, bu göstərici ABŞ ilə müqayisədə 200 milyard dollar təşkil edir: "Çinin Yaponiya ilə ticarət dövriyyəsi isə 120 milyard dollar həcmindədir. Buraya NATO ölkələri ilə olan əlaqələri də əlavə etsək, rəqəmlərdən Qərbin Çinlə sıx iqtisadi əlaqədə olduğunu görmüş olarıq. Bir çox Qərb bankları və şirkətləri Çində aktiv fəaliyyət göstərirlər. Almaniyanın "Daimler Chrysler", "Fin" şirkəti, "Nokia", "İntel korporasiyası" , "PepsiCo" və "Honda" kompaniyaları başda olmaqla yüzlərlə irili xırdalı şirkətlər Çində fəaliyyətdədirlər. Qərbin Çini Ruiyadan uzaq tutmaq planlarından biri də bu ölkənin Latın Amerikası və Afrikada fəaliyyətinə mane olmamaqdır. Bunun nəticəsində də bu iki qitənin daxili ticarət dövriyyəsinin 70 faizi Çinin üzərunə düşür. Afrika neftinin 30 faizinə və Latın Amerikaya yatırılan xarici investisiyanın 13 faizinin paketinə sahibdir. Bundan əlavə Çin Qərb ölkələri ilə hərbi, mədəni və təhsil sahəsində də geniş əməkdaşlıq edir. Bütün bu imkanların qərbin razılığı olmadan həyata keçə biləcəyi mümkünsüz olduğu üçün Çin Rusiyanın xeyrinə qərblə heç zaman konfrantasiyaya getməyəcək".V. Əfəndiyev hesab edir ki, Rusiyanın vəziyyətdən yeganə çıxış yolu imperiya siyasətindən əl çəkməsidir. Məsələ ondadır ki, Rusiya heç layiqincə imperiya da ola bilmir. Putin hakimiyyətinin isə bu prinsiplərdən öz xoşuna geri çəkilməyəcəyi təqdirdə ona vurulan ağır iqtisadi sanksiyalar bu dövləti xaosa sürükləyəcək".
sia.az