PDF Oxu

Siyasət

  • 20

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranda beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranda beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-24-də İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün sabah bu ölkəyə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçiriləcək, tanınmış İslam alimlərinin iştirakı ilə aktual mövzuların müzakirə olunacağı konfransda şeyxülislam məruzə ilə çıxış edəcək.

yap.org.az

Digər xəbərlər