"Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin ümumi fəaliyyəti sülh əldə etməyə imkan vermir". Bunu SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.Onun sözlərinə görə, həmsədrlərin ayrı-ayrılıqda fəaliyyəti ümumilikdə münaqişənin dondurulmasına xidmət etməklə yanaşı, digər vasitəçilərin də səylərinə qarşı yönəlib: "Əgər onlar münaqişənin həlli üçün koordinasiya olunmuş səylər göstərsəydilər, münaqişə indiyədək həll olunmuş olardı. Açıq şəkildə görünür ki, həmsədrlərin fəaliyyəti münaqişənin yenidən alovlanmasının qarşısını almaq, status-kvonu möhkəmlətmək, bununla da tərəfləri mövcud vəziyyətlə haçansa barışdırmağa yönəlib. Biz bunu görürük, mövqeyimizi bəyan edirik. Hesab edirəm ki, onlar da bunu nəzərə almalıdırlar. Əgər zamanında Azərbaycanın bu mövqeyi nəzərə alınmasa, sonradan qarşısı alınmaz proseslər baş verə bilər".
sia,az