PDF Oxu

Siyasət

  • 19

Sədaqət Vəliyeva: “2015-ci il üçün dövlət büdcəsi ölkəmizin sürətli inkişafını ifadə edir”

Sədaqət Vəliyeva: “2015-ci il üçün dövlət büdcəsi ölkəmizin sürətli inkişafını ifadə edir”

"Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsi ölkəmizin sürətli inkişafını və tərəqqisini aydın şəkildə ifadə edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sədaqət Vəliyeva deyib.Millət vəkili qeyd edib ki, gələn il üçün dövlət büdcəsi sosial və investisiya yönümlü olacaq: "Gəlirlərinin təxminən 25 milyard, xərclərinin isə 27 milyard olduğu büdcə layihəsi həm də ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi baxımından aydın mənzərə formalaşdırır. Çünki, biz dövlət büdcəsində nəzərdə tutulmuş yaşayış minimumunun və ehtiyac meyarının illər üzrə artım dinamikasını da müşahidə edirik.Belə ki, ölkə üzrə yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 95, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə 125 manat səviyyəsində müəyyənləşdirilibsə, gələn ilin dövlət büdcəsində bu rəqəm 131 manat təşkil edəcək. Eyni sözləri ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi üçün müəyyənləşdirilən ehtiyac meyarı da yüksəlməkdədir. Məsələn, ehtiyac meyarı 2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü ildə 93, 2014-cü ildə 100 manat məbləğində təsdiqlənsə də, 2015-ci ildə bu rəqəm 105 manat səviyyəsində olacaqdır. Bu rəqəmlər onu göstərir ki, son 5 il ərzində Azərbaycanda insanların yaşayış səviyyəsi yüksəlib və yoxsulluğun aradan qaldırılması prosesi normal tempdə gedir. Müqayisə üçün bildirək ki, son beş il ərzində 2010-cu ilə nisbətdə ölkə üzrə yaşayış minimumunun və ehtiyac meyarının təxminən 50 faiz artıb. Biz eyni dinamikanı dövlət büdcəsinin timsalında da görürük. Yəni, 2010-cu ildə Azərbaycanın dövlət büdcəsi təxminən 11.5 milyard manat səviyyəsində idisə, 2015-ci il üçün bu rəqəm 19.5 milyard manatdır. Arada mövcud olan 10 milyard dollarlıq artım da həm Azərbaycan dövlətinin, həm də insanlarımızım yaşayış səviyyəsinin artan dinamika üzrə yüksəlməsini və inkişafını göstərir".Sədaqət Vəliyeva onu da qeyd edib ki, Azərbaycanın sosial dövlət quruculuğu istiqamətində inkişafını nəzərə alsaq, ölkənin Dövlət Sosial Müdafiə Fondunun da artım dinamikasına nəzər yetirmək lazımdır: "Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üzrə vəziyyəti təxminən 1.7 milyard manat idisə, gələn il üçün bu rəqəm 3 milyard manatdan çox olacaqdır. Bu da özülüyündə bir daha isbatlayır ki, Azərbaycan dövləti vətəndaşlarının sosial rifah halının yüksəldilməsini prioritet hesab edir.Bundan başqa, səhiyyə və təhsil sektoruna da ayrılan vəsaitlərin ilbəil artması ümumi inkişafın dinamilasını nümayiş etdirir. Belə ki, əgər 2010-cu ildə təhsil sahəsi üzrə xərclər 1.1 milyard manat, səhiyyə sektoru üzrə isə 430 milyon manat təşkil edirdisə, 2015-ci ilin dövlət büdcəsində bu rəqəmlər müvafiq olaraq, təhsil sahəsi üzrə 2 milyard manata yaxın, səhiyyə üzrə isə 777 milyon manat olacaq. Araşdırmalar göstərir ki, son 5 il ərzində sözügedən sahələrin dövlət büdcəsində payı 2 dəfəyədək artıb. Dünya miqyasında baş vermiş maliyyə və iqtisadi böhran nəticəsində iqtisadiyyatı, maliyyə sistemi güclü zərər görmüş dünya ölkələrinin mövcud vəziyyəti fonunda Azərbaycanın inkişafının davamlı olması sevindiricidir. Bu da əldə olunan nailiyyətlərin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir".

sia.az

Digər xəbərlər