Bu gün "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, tədbirdə sosioloq, "Research & Branding Group" şirkətinin (Ukrayna) marketinq və sosial araşdırmalar üzrə direktoru Yevgeniy Kopatko, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Qlobal siyasətdə Rusiya" jurnalının baş redaktoru Fyodr Lukyanov, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş redaktoru Mariya Sidelnikova, Azərbaycan Valyuta Birjasının prezidenti Fərhad Əmirbəyov, Azərbaycan parlamentinin üzvü, politoloq Rasim Musabəyov, politoloq, ekspert Fikrət Zadıxov və digərləri iştirak edib.Müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və regional məsələlər müzakirə olunub.
sia.az