"Müsavatdan istefa verənlərin böyük əksəriyyəti hazırda Əli Kərimli ilə işbirliyindədir. Onlar bu addımı özbaşına atmadılar. Biz bunu Milli Şuranın mitinqində də gördük. Məsələn, mitinqdə bir qrup müsavatçı Əli Kərimlinin təbliğatını aparırdılar. Həmin şəxslər elə həmin gün Müsavatı tərk etdilər. Əli Kərimli meydanı tərk edəndə isə onu yanında gedirdilər".Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov Müsavatda son vaxtlar baş verən hadisələrə münasibət bildirərkən deyib.O qeyd edib ki, Müsavatın dünənki müşavirəsində yerdən replika atan şəxslər Əli Kərimlinin müsavatdakı yaxınlarıdır: "İsa Qəmbərlə Əli Kərimli bir-biri ilə həmişə düşmən münasibətdə olublar. Bundan sonra da elə olacaq. 2000-ci ildə AXCP parçalanada İsa Qəmbər KXCP-ni tanıdı. Bu gün də Müsavat parçalanır. Müsavatdan ayrılan partiyaları da Əli Kərimli tanıyacaq. Bir az vaxt lazımdır, görəcəksiniz ki, Müsavatdan gedənlərin əksəriyyəti Əli Kərimliyə aldanıb AXCP-yə gələcəklər. Ancaq hər iki partiya mahiyyət etibarilə eynidir".
sia.az