"Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycan dövlətinin gənclər siyasətindən və bu siyasətin sağlam, intellektual nəslin formalaşmasına xidmət etməsindən danışarkən deyib.Sədrin sözlərinə görə, Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb: "İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır. Azərbaycan Respublikasının mədəniyyət siyasətinin tərkib hissəsi olan gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar. Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi, keçmişimizi, dilimizi, milli dəyərlərimizi yaxşı bilməlidir".M. Seyidov bildirib ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər: "Bu gün ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən və onun işlənmə mexanizmlərindən, modullarından bütün yerdə qalan digər dövlətlər də məharətlə istifadə edə bilərlər. Bu gün həqiqətən də çox təqdirəlayiq haldır ki, Azərbaycanda gənclər siyasətinin uğurlu nəticəsi olaraq biz ilk 30 dövlət arasındayıq. Təbii ki, bu, biz gənclərin üzərinə çox böyük məsuliyyət qoyur. İstər yerli, istər beynəlxalq, istərsə də digər platformalarda Azərbaycan gəncliyinin beynəlxalq iştirakçılığının təmin olunması birbaşa olaraq dövlətin gənclərə göstərdiyi diqqət və qayğının göstəricisidir".
sia.az