PDF Oxu

Siyasət

  • 29

“Qadınlar məişət zorakılığına yox deyir!” TƏDBİR

“Qadınlar məişət zorakılığına yox deyir!” TƏDBİR

Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi "Qadınlar məişət zorakılığına yox deyir!" devizi altında dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, ilk öncə Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin (QUPAİB) sədri Kəmalə Məmmədova tədbirin mahiyyətindən danışıb.O qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması, insan hüquqlarının qorunması ilə bağlı kifayət qədər hüquqi sənəd qəbul olunub. Bildirilib ki, Azərbaycanda qadınlar cəmiyyətdə kişilərlə bərabər hüquqa malikdirlər və onlar demokratik və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edir, kişilərlə bərabər məsuliyyət daşıyırlar.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Vəsilə Möhsümova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nəzakət Xudiyeva, Etika Akademiyasının prezidenti Günel İbrahimova və başqaları çıxış edərək bildiriblər ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qadın siyasətindən, ölkədə qadın zorakılığına qarşı aparılan tədbirlərdən, qadın zorakılığına qarşı qəbul olunan qətnamə və qərarlardan, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıblar.Qeyd olunub ki, qadın zorakılığına qarşı mübarizədə təkcə hüquq mühafizə orqanları deyil, o cümlədən ictimaiyyətin bütün nümayəndələri də fəal iştirak etməlidirlər.Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

sia.az

Digər xəbərlər