PDF Oxu

Siyasət

  • 24

“Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" YENİLƏNİB

“Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" YENİLƏNİB

Bu gün "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə sosioloq, "Research & Branding Group" şirkətinin (Ukrayna) marketinq və sosial araşdırmalar üzrə direktoru Yevgeniy Kopatko, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Qlobal siyasətdə Rusiya" jurnalının baş redaktoru Fyodr Lukyanov, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş redaktoru Mariya Sidelnikova, Azərbaycan Valyuta Birjasının prezidenti Fərhad Əmirbəyov, Azərbaycan parlamentinin üzvü, politoloq Rasim Musabəyov, politoloq, ekspert Fikrət Zadıxov və digərləri iştirak edib.Çıxış edənlər bu gün Postsovet məkanında hansı proseslərin baş verməsi ilə bağlı məsələləri gündəmə gətiriblər. Müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və regional məsələlər də müzakirə olunub.Natiqlər qeyd ediblər ki, nə dərəcədə Cənubi Qafqaz dövlətləri müasir geopolitik transformasiyalara daxildir? Bildirilib ki, keçmiş SSRİ - də olan dövlətlərdə müasir böhran və konfiliktlərin əsasında nə dayanır. Bunun xarici təsir imkanları ya demokratik dəyərlərin bağlanmasından ya da obyektvi tarixi proseslərdən asılıdır. Bəs bu proseslərdə Rusiya və Azərbaycanın rolu nədən ibarətdir?".Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Qlobal siyasətdə Rusiya" jurnalının baş redaktoru Fyodr Lukyanov diqqətə çatdırıb ki, bütün həll edilməmiş münaqişələr yenidən başlaya bilər: "Hazırda bir çox yerlərdə dondurulmuş konfliktlər var və bu münaqişələrin yenidən başlamayacağına heç kim qarant verə bilməz".Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan rusiyalı politoloq bildirib ki, bu məsələ təkcə Dağlıq Qarabağ münaqişəsinə aid deyil: "Bu gün bir neçə ölkədə, o cümlədən Ukraynada da dondurulmuş münaqişə var. Ümumilikdə donmuş münaqişələri nəzərdə tuturam".Sonda isə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər