"Türkiyə ilə Ermənistanın əməkdaşlığa dəvət olunması bu ölkənin hakim siyasi elitasındakı aşınma ilə əlaqəlidir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.Politoloq qeyd edib ki, hazırda Qərbin də bu məsələdə elə bir ciddi təsiri yoxdur: "Yəni Qərb son dövrlərdə Ermənistanla bağlı Türkiyəyə təzyiqlərini artırmayıb. Əksinə, bəzi baş verənlər göstərir ki, Qərb indi daha çox Türkiyə ilə hesablaşmağa məcburdur. Vatikanda Yaxın Şərqdə xristian icmalarını qorumaq üçün Türkiyə ilə münasibətlərini daha da yaxşılaşdırmağa çalışır. Bu məsələdə əsas problem Türkiyənin siyasi elitasındadır. Çünki bu elitada mənəvi aşınma, deqradasiya prosesləri gedir".M. Əhmədoğlu xatırladıb ki, Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu xarici işlər naziri olduğu zaman Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün iki sanballı təklif hazırlayaraq ATƏT-in Minsk qrupu və Ermənistana təqdim edib: "Bundan Türkiyənin Azərbaycanda və NATO-da səfiri işləmiş Ünal Çevikgözün dəqiq məlumatı var. Ermənistanın iqtisadi blokadadan çıxarmağa yönəlik hər iki təklifi həm ATƏT-in Minsk qrupu, həm də Ermənistan rədd etdi. Türkiyənin mövqe qəbul etdirə bilməməsi fonunda Ünal Çevikgözün absurd iddialarla çıxış etməsi onun psixoloji problemi ilə bağlıdır. Bu, onun Türk dövlətçiliyinə münasibətinin göstəricisi ola bilər. Yəni, ermənilərin Türkiyənin özü ilə bağlı məsələlərdə heç bir addım atmaması fonunda Türkiyənin bir qrup diplomatı nə adla deyir ki, Cənubi Qafqazda yeni ideyalar meydana gəlməli, Ermənistanla Türkiyə əməkdaşlıq etməlidir"?Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə və Ermənistan əməkdaşlıq etsə, Azərbaycanla iqtisadi əməkdaşlıqları dayanmış bilsinlər: "Buyursunlar, Türkiyə ilə Ermənistan əməkdaşlıq etsinlər. Əgər Azərbaycanın 20 milyardlıq investisiyasının fonunda Ermənistanla əməkdaşlığa can atırlarsa, buyursunlar".
sia.az