PDF Oxu

Siyasət

  • 21

Mərkəz sədri: “Rusiya Xəzər resurslarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasını qısqanır”

Mərkəz sədri: “Rusiya Xəzər resurslarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasını qısqanır”

"Xəzəryanı dövlətlər arasında əsas məsələ bu hövzənin enerji resurslarının bütün dövlətlərin iqtisadi maraqlarının qorunması şərti ilə çıxarılması, eyni zamanda Xəzərdə təhlükəsizliyin təmin olunmasıdır". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı Xəzəryanı ölkələrin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndirərkən deyib.Politoloq qeyd edib ki, bu gün hər iki məsələnin tərəflər arasında prioritet olduğu görünür: "Enerji resurslarının sahildaş dövlətlər tərəfindən çıxarılmasında tərəflər arasında narazılıqlar yoxdur. Yəni tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. İran Xəzərin bölünməsi məsələsində müəyyən problemlər çıxarsa da, böyük ehtimalla gələcəkdə bu dövlət də məsələnin həlli istiqamətində müsbət addımlar atacaq. Xəzərin təhlükəsizliyi məsələsinə gəlincə isə, bu hövzədən kənarda yerləşən bir gücün hərbi olaraq yerləşməsi mümkün deyil. Çünki, Xəzərin beynəlxalq dəniz yoluna çıxışı Rusiyanın əlindədir. Bu baxımdan Xəzərdə bölgədən kənar hər hansı bir siyasi və ya hərbi gücün mövcudluğu günün perspektivinə real deyil".

Mərkəz sədri vurğulayıb ki, Xəzər hövzəsi dövlətləri arasında onun təhlükəsizliyi baxımından problemlər mövcud deyil: "Bu dövlətlər bir-birinə düşmən deyil. Əksinə qonşuluq münasibətləri çərçivəsində əlaqələrini genişləndirirlər. Azərbaycan baxımından əhəmiyyətli məsələ isə Xəzərin enerji resurslarını ölkəmiz üzərindən dünya bazarlarına çıxarmaqdır. Bu məsələdə də Azərbaycanın apardığı siyasət nəticəsində uğurlu nəticələr əldə etdiyini söyləmək mümkündür. Amma Xəzərin enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasına Rusiya qısqanclıqla yanaşır. Xəzər resurslarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması potensialı yüksəkdir. Bundan qonşu ölkələr narahatlığını ifadə etsələr də, Azərbaycan müstəqil dövlətdir və müstəqil şəkildə siyasi, iqtisadi siyasət həyata keçirmək gücünə malikdir. Bu siyasət digər ölkələri narahat etməməlidir".

sia.az

Digər xəbərlər