PDF Oxu

Siyasət

  • 28

“Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” ilə bağlı tədbir keçirilib

“Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” ilə bağlı tədbir keçirilib

Bu gün Elektron Mediaya Yardım Fondunun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin sentyabr-oktyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair tədbir keçirilib. 2014-cü ilin sentyabr-oktyabr aylarında keçirilən monitorinqin hesabatı dinlənilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, KİV nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, əvvəlki illərə nisbətən ədəbi dil normaları ilə bağlı nöqsanların sayı azalıb: "Bu, müsbət haldır. Çünki bəddi şuralar bu istiqamətdə fəaliyyətlərini artırıblar".N. Məhərrəmlinin qeyd etdiyinə görə, problemlərdən biri odur ki, hələ də fikirlərini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılar var: "Bəzən efirdə öz dilimizə etinasız yanaşanlar rus dilində danışmağa üstünlük verirlər. Bu da tamaşaçıya müsbət təsir göstərmir. Azərbaycan dili ərəb, fars və Avropa dillərindən keçmə sözlərlə zəngindir. Bundan qorxmaq lazım deyil. Sadəcə Azərbaycan dilindən daha çox istifadə etmək məqsədəuyğundur".Nuşirəvan Məhərrəmli eyni zamanda onu da vurğulayıb ki, televizyalarda efirə gedən verlişlərdə şou xarakterli proqramlara daha çox yer verilir: "Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Hazırda Azərbaycanda 10 telekanal fəaliyyət göstərir ki, onların hər birində müəyyən nöqsanlar mövcuddur. Tamaşaçılar yerli televizya kanallarında baxımlı verlişlərin olmamağından şikayət edirlər. Düşünürəm ki, TV-lər də vətənpərvərlik ruhunu əks etdirən, eyni zamanda sosial məsələləri əks etdirən verlişlərin sayını çoxlatmaq lazımdır".MTRŞ sədri son olaraq onu da qeyd etdi ki, televizya aparıcıları Azərbaycan dilinin təkmilləşdirilməsi istiqamətində öz üzərlərində çalışmalıdırlar. Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü çıxış edərək qeyd edib ki, ümumilikdə 6 telekanalda ((İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV) monitorinq aparılıb: "Aparıcıların dilində müəyyən qüsurların olduğu aşkarlanıb. Telekanallar öz proqrmalrında əyləncəli verlişlərlə yanaşı elmi əhəmiyyət daşıyan verlişlərə də üstünlük verməlidirlər. Bəzi verlişlərin adları ümumiyyətlə düzgün yazılmır. Məsələn "tetatet" sözü tire ilə yazılır, "Obama"ya "Abama" deyilir, "oktyabr" "aktyabr" kimi ifadə olunur. Sözdə vurğular isə tamamilə düzgün qoyulmur".AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Nəzakət Qazıyeva isə öz çıxışında deyib ki, ədəbi dil normasından çıxış etməyən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i (17%) Xəzər TV-də, 56-sı (11%) İctmai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANS TV-də, 90-ı (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub.Monitorinqin nəticələri müzakirə olunub.

sia.az

Digər xəbərlər