Bu gün Milli Məclisin Regional Məsələlər Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyi barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, iclasda "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiqi edilməsi barədə", "Bələdiyyələrin status haqqında", Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanun layihələri müzakirə olunacaq.Komitə sədri deyib ki, qanununun layihəsi barədə dəyişikliklə texniki xarakter daşıyır.Qanun layihələri müzakirə olunaraq dəyişikliklər barədə qərar Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
sia.az