Dövlət Sərhəd Xidmətinin (DSX) Naxçıvan, Horadiz, Şəmkir və Yevlaxda yerləşən hərbi hissələrində gənc əsgərlərin hərbi anda gətirilməsi münasibətilə təntənəli tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin bu münasibətlə şəxsi heyətə təbrik telefonoqramını çatdıran hərbi hissə komandirləri Azərbaycan sərhədçilərinin dahi öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etdiklərini, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olduqlarını bildiriblər.
Gənc əsgərlərin valideynləri çıxış edərək övladlarını təbrik edib, onlara sərhədçi təlimi keçmiş hərbi qulluqçulara təşəkkürlərini bildiriblər.
Tədbir gənc əsgərlərin sıra meydanında Vətənə sədaqət andı olan hərbi andı qəbul etmələri və tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.
sia.az