"Türkiyə-Ermənistan sərhədinin açılmasını gözləmirəm. Bu istiqamətdə Türkiyənin hökumət rəhbərləri dəfələrlə öz fikirlərini ifadə ediblər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, Türkiyənin sərhədləri Ermənistanın Azərbaycan ərazilərini işğal edəndən sonra bağladığı hər kəsə məlumdur: "Türkiyə heç bir zor tədbiq etmədən bu vasitə ilə Ermənistanı sülhə çağırır: "Türkiyədə erməni lobbisinin fəaliyyəti də bu istiqamətdə güclüdür. Onlar bu mövzunu mütəmadi gündəmə gətirməklə iki qardaş dövlət olan Azərbaycan- Türkiyə münasibətlərində şübhə yaratmağa çalışırlar. Ancaq Azərbaycan hər zaman bir millət, iki dövlət amilindən çıxış edib. Ermənilərin, eləcə də onların himayədarlarının bu yöndə addımları heç bir nəticə verməyəcək. Bir sıra dövlətlərdən qardaş ölkəyə təzyiqlər göstərilsə də, Türkiyə bütün təzyiqlərin qarşısını almağa qadirdir. O, heç bir halda geriyə addım atan dövlət deyil".
sia.az