PDF Oxu

Siyasət

  • 47

Elçin Mirzəbəyli: "Bütün dövlətlər, beynəlxalq təşkilatlar ABŞ-ı sərt şəkildə tənqid etməlidir"

Elçin Mirzəbəyli: "Bütün dövlətlər, beynəlxalq təşkilatlar ABŞ-ı sərt şəkildə tənqid etməlidir"

"ABŞ dünyaya həmişə demokratiyadan, insan hüquqlarından "dərs" deməyə çalışır. Ancaq öz gözündə tiri görmədən başqalarının gözündə qıl axtarır. İndi başa düşməlidir ki, gözə görünməyən qıldan yox, gözü kor eləyən tirdən danışmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.ABŞ-ın bir çox şəhərlərində dini və irqi zəmində baş verən münaqişələrə münasibət bildirən E. Mirzəbəyli qeyd edib ki, məqam yetişən kimi bütün dövlətlər oradakı hadisələrə ən sərt şəkildə mövqe sərgiləməlidirlər: "Dünyanın hansı bucağında hansı ölkədə bir hadisə baş verirsə, ABŞ Dövlət Departamenti burnunu ora soxur, yerli-yersiz müdaxilələr edir. Xüsusilə də, ABŞ insan hüquqları ilə bağlı demokratik dövlətlərə də öz mənafeyi naminə təzyiq etməyə, onların sivil inkişafına mane olmağa çalışır. İndi isə ABŞ-ın özündə böyük olaylar baş verir. Dini və irqi zəmində baş verən bu olaylarda günahkar birbaşa ABŞ dövlətinin özüdür. ABŞ həmişə irqi ayrıseçkiliyin ən çox tüğyan etdiyi ölkə olub. Biz tarixə nəzər salsaq görərik ki, elə XX əsrdə minlərlə qaradərili insan ABŞ-da təzyiqlərə məruz qaldılar, müxtəlif dinlərdən olan insanların evləri əllərindən alındı, insanlar həbs edildi və s... İndi elə bir məqamdır ki, bütün dövlətlər, beynəlxalq təşkilatlar ABŞ hökumətini sərt şəkildə tənqid etməlidir. Ona görə ki, insan haqlarından danışan ABŞ özü insan hüquqlarının ən böyük pozucusudur".

sia.az

Digər xəbərlər