"Düşünmürəm ki, Qarabağ münaqişəsinin ilk günlərindən öz mövqeyini açıq ve sərt şəkildə bildirən qardaş Turkiyə, heç bir tutarlı əsas olmadan işğalçı Ermənsitanla sərhədləri açsın". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva bildirib.Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini şərh edən S. Fətəliyeva qeyd edib ki, Azərbaycanın ədalətli mövqeyi həmişə qardaş Türkiyə tərəfindən dəstəklənib: "Türkiyə Ermənistanla münasibətlərinin hər bir mərhələsində Qarabağ mövzusuna yetərincə yer ayırır. Təbii ki, bu məsələdə Türkiyə tərəfindən Azərbaycan maraqlarının tapdanmasına inanmıram. Çünki bu məsələ ölkəmiz üçün olduqca həssasdır. Bu məsələ tərəfimizdən diqqətlə izlənilir. Hərhalda qardaş ölkənin sadiqliyinə inamımızı davam etdirməliyik. İnanıram ki, Türkiyə dövləti həm özü, həm də Azərbaycan üçün həssas olan bu məsələdə ənənəvi qardaşlıq mövqeyindən çıxış edəcək və Ermənistanın bu arzusunu ürəyində qoyacaq".
sia.az