Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonun orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Velosiped İdman Federasiyasının rəsmisi Faiq Qurbanov rayonun idman sahəsindəki uğurlarını diqqətə çatdıraraq, gəncləri maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda, gənclər keçiriləcək "Gənclərin Sağlamlıq Forumu" haqqında geniş məlumatlandırılıblar.Daha sonra Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətinə, Nərimanov rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Əli Həsənov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
sia.az