PDF Oxu

Siyasət

  • 37

Hikmət Babaoğlu: “Onlar rəqabətqabiliyyətli təşkilatlar deyil” AÇIQLAMA

Hikmət Babaoğlu: “Onlar rəqabətqabiliyyətli təşkilatlar deyil” AÇIQLAMA

"Əslində heç bir sosial sifariş, sosial tələbat olmadan bu cür yersiz tədbirlərin keçirilməsi Müsavatın öz daxilindəki qarşıdurmanı pərdələmək məqsədi daşıyır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Müsavat Partiyasının insan hüquqları adı altında dekabrın 10-na planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, adətən siyasi partiyalar öz fəaliyyətlərində məqsədyönlü, ardıcıl və konkret hədəfə istiqamətlənmiş olurlar: "Ancaq indiki vəziyyətdə Azərbaycan ictimai-siyasi sferasında belə bir addımın atılmasını tələb edən zəruri səbəb yoxdur. Biz bilirik ki, artıq xeyli müddətdir Müsavat Partiyasının daxilində ciddi parçalanmalar, qopmalar və qarşıdurmalar var. Onlar diqqəti bu cür amillərdən yayındırmaq üçün populist çıxışlara əl atırlar"."Milli Şura" ilə Müsavat Partiyasının rəqabətinə gəlincə deyə bilərəm ki, onlar rəqabətqabiliyyətli təşkilatlar deyil: "Bu qurumların heç biri Azərbaycanın siyasi həyatında söz demək qabiliyyətinə malik deyil".

sia.az

Digər xəbərlər