"İsa Qəmbər öz tərəfdarlarını daha radikal addımlar atmağa təhrik etmək istəyir. Bu hadisənin isə yeni başqana əlavə problemlər yaradacağı şübhəsizdir. Bu səbəbdən də Arif Hacılı vəziyyəti nəzarətə almaq üçün, hadisələrin məcrasını dəyişərək dekabr ayında Beynəlxalq insan haqqları gününü əsas gətirərək mitinq təyin etmək qərarına gəlib". Bu fikirləri SİA-ya açıqlamasında "Vəhdət" partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev bildirib.Müsavatın 10 dekabr tarixində keçirəcəyi mitinqin mahiyyətini şərh edən V. Əfəndiyev qeyd edib ki, Müsavat partiyasında yaranmış katostrofik vəziyyət diktə edir ki, Partiya rəhbərliyi vəziyyətdən çıxış yolu tapsın: "Lakin çoxsaylı görüşlər, müşavirələr və izahat tədbirləri öz nəticəsini vermir. Hətta İsa Qəmbərin bu yaxınlarda keçirilən geniş müşavirədə partiyanı parçalanmaqdan xilas etmək üçün etdiyi çıxışı və "mən Arif Hacılının yanındayam" mesajını verməsi də gərilmiş vəziyyəti sakitləşdirmədi. Müsavatda gərgin olan vəziyyət bir qədər də ağırlaşıb. Bu mitinq də əvvələr təşkil olunmuş mitinqlər kimi ictimai dəstək almayacaq. Yalnız partiya fəallarının iştirak etdiyi tədbirin mitinq adı ilə qələmə verilməsi başadüşülən deyil".
sia.az