PDF Oxu

Siyasət

  • 23

Regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub

Regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub

Ötən gün Azərbaycanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, çexiyalı nazir Lubomir Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilib.Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

sia.az

Digər xəbərlər