PDF Oxu

Siyasət

  • 10

“Dünya üçün demokratiyanın standartları müəyyən olunmalıdır” AÇIQLAMA

“Dünya üçün demokratiyanın standartları müəyyən olunmalıdır” AÇIQLAMA

"Düşünürəm ki, onların elə özlərinin riyakarlığı, ikili standartlığıdır ki, demokratiyaya, insan haqlarına əməl etməyə-etməyə Azərbaycan kimi dövlətlərdən bunu tələb edirlər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu demokratiyadan və insan haqlardan danışan ABŞ-dakı irqi və Almaniya dövlətində dini zəmində baş verən iğtişaşlara münasibət bildirərkən deyib.Mərkəz rəhbəri hesab edir ki, bu məsələyə bir qədər məcazi yanaşma var: "Yəni, ABŞ molla kimi bir şeydi. Bəzən hətta görürsən ki, bizim mollalar deyir ki, "nəyinə gərəkdir mən dediyimə əməl edirəm-etmirəm. Mən özüm bilərəm dediyimə əməl edirəm ya etmirəm. Əsas odur ki, sən mənim dediyimə əməl edəsən". Onlar da bizim mollalar kimi bir şeydir. Amma reallıq odur ki, ABŞ-ın, Qərbin demokratiyası kifayət qədər ciddi qüsurlara malikdir. Məsələn, son illərdə Qərb dövlətlərinin əksəriyyətində zorakılıqlarla mitinqlərin qarşısı alınıb. Bu tək ABŞ-da deyil, eləcə də bu yaxınlarda Almaniyada, Fransada, İspaniyada və s. oldu. Əslində bütün dövlətlərin hamısında mitinq, söz azadlığına müəyyən qadağalar var. Tutaq ki, Amerika mətbuatında Əfqanıstanda, İraqdakı müharibə kampaniyası ilə bağlı heç də hər şeyi yazmaq mümkün deyil. Hesab edirəm ki, onlar Azərbaycan kimi dövlətlərdən yəni, öz ölkələrindən kənarda belə maksimalist tələblə yanaşdıqlarına görə, indi həmin problemlər onların öz daxillərində cərəyan edir. Yəni, dünya qapalı dünya deyil. Vaxtilə SSRİ var idi, qloballaşma yox idi və dünya sanki iki hissəyə bölünmüşdü. İndi isə Amerika, Avropa ictimaiyyəti dünyanın qalan hissəsindən gələn xəbərləri, səsləri eşidir, eləcə də ABŞ-ın, Qərbin digər dövlətlərinin bu regionda apardığı siyasətini görürlər və məlumatları var. Beləcə bu, bir az da özlərini demokratik adlandıran dövlətlərin vətəndaşlarına daha pis təsir edir".

M. Əhmədoğlu bildirib ki, birinci növbədə dünya üçün dövlət, demokratiyanın standartları müəyyən olunmalıdır: "Tutaq ki, indi ABŞ-ın, Almaniyanın, Fransanın, İspaniyanın və s. dövlət kimi mövcud olmaq məsələsinə təhlükə yoxdur. Amma Azərbaycan kimi dövlətlər elə regionda yerləşirlər ki, bunlara hələ 2-3 il də təhlükə yarana bilər. Ona görə də demokratiya, mitinq, söz azadlığı dövlətin mövcudluğu faktoru ilə balans yaratmalıdır. Düşünürəm ki, onların elə özlərinin riyakarlığı, ikili standartlığıdır ki, demokratiyaya, insan haqlarına əməl etməyə-etməyə Azərbaycan kimi dövlətlərdən bunu tələb edirlər".

sia.az

Digər xəbərlər