PDF Oxu

Siyasət

  • 22

Hikmət Hacıyev: “Azərbaycana aid məqamlar təəssüf və narazılıq doğurur” MÜNASİBƏT

Hikmət Hacıyev: “Azərbaycana aid məqamlar təəssüf və narazılıq doğurur” MÜNASİBƏT

"Avropa Parlamentin prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur. Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır". SİA-nın məlumatına görə, bu barədə mətbuata açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsunun Avropa Parlamentinin 26 noyabr tarixində Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.XİN sözçüsünün sözlərinə görə, Martin Şultş tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə isə Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması təəssüf doğurur: "Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır. İsmafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır. Martin Şultşun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifədə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı".

sia.az

Digər xəbərlər