PDF Oxu

Siyasət

  • 17

Rauf Əliyev: “Ümumiyyətlə onların daxilində heç bir siyasi birlik yoxdur” AÇIQLAMA

Rauf Əliyev: “Ümumiyyətlə onların daxilində heç bir siyasi birlik yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə bizim bəzi siyasətçilərimiz və digər insanlar qrantları alaraq, min cür oyundan çıxırlar. Onlar xaricdən qrant alaraq, müxtəlif müqavilələr bağlayır, Azərbaycana qarşı işləyirlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədr müavini, millət vəkili Rauf Əliyev Eldəniz Quliyevin ardınca "El" Hərəkatının funksioneri Mehdibəy Səfərovun da "Milli Şura"dan istefa verməsi məsələsinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, elə insanlar da var ki, onlar bu məsələlərə öz etirazını bildirirlər: "Düşünürəm ki, Eldəniz Quliyev kimi digərlərinin də "Milli Şura"dan istefa verməsi bizim üçün böyük maraq kəsb etmir. Ümumiyyətlə onların daxilində heç bir siyasi birlik yoxdur. Bu mənada orada baş verənlər hər bir insanın gözü qarşısındadır. Bu insanlar çalışırlar ki, ölkəmizə qarşı min cür hoqqadan çıxsınlar və dövlətimizə qarşı iş aparsınlar. Leyla Yunus və onun timsalında digərləri buna misaldır".

sia.az

Digər xəbərlər