PDF Oxu

Siyasət

  • 35

Fərəc Quliyev: “Erməni zabitlərinin qondarma dəfn mərasimi daxili rəyə bir jestdir”

Fərəc Quliyev: “Erməni zabitlərinin qondarma dəfn mərasimi daxili rəyə bir jestdir”

"Azərbaycan tərəfindən vurulan hərbi helikopterdə məhv edilən zabitlərə Ermənistanın qondarma dəfn mərasimi təşkil etməsi güc prestiji baxımından daxili rəyə bir jest edir ki, onlar heç də zəif deyil, helikopterləri vurulsa da, "xüsusi əməliyyat"la meyitlərini götürə biliblər". Bu fikirləri SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.Onun sözlərinə görə, görüntülərdən də aydın olur ki, Ermənistan tərəfindən heç bir "xüsusi əməliyyat" həyata keçirilməyib: "Onlar görüntülərdə paltarına his belə dəyməmiş adam göstərirlər. Bu, erməni təfəkkürüdür. Ermənistanda da aydın düşüncəyə malik olanlar bilir ki, bu saxta prestijə hesablanan addımdır. Artıq Serj Sarkisyan da anlayır ki, Azərbaycandan qat-qat gücsüzdürlər və mütləq cəzalanacaqlar".

sia.az

Digər xəbərlər