\r\n
\r\n
\r\n "Hesab edirəm ki, məsələnin konseptual tərəfi odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq baxımından iki həlli yolu var. Birincisi, bu məsələ ya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ya da milli özünümüqəddərat prinsiplərindən çıxış edilərək həll olunmalıdır". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ermənipərəst mövqedən çıxış etməsi məsələsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Azərbaycan kompromis yol kimi hər iki beynəlxalq hüquq prinsipinin sintezi olan təklif irəli sürür: "Həmin təklif isə ondan ibarətdir ki, Dağlıq Qarabağa qarşı heç bir aralogiyası olmayan Azərbaycanın tərkibində milli özünümüqəddərat hüququ verilir. Ermənistan tərəfi isə bununla razılaşmır. ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə gəlincə deyə bilərəm ki, onlar formal olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipini diqqətə alır. Rusiya, Fransa, ABŞ ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını desələr də, amma konkret problemin həlli ilə bağlı qətiyyətli addımlar atmırlar".A. Əhmədov hesab edir ki, son 10-15 ildə Kosovanın, onun ardınca Rusiya-Gürcüstan müharibəsində Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması, sonradan isə Krımın işğalı göstərdi ki, dünyada zor gücü ilə ərazi bütövlüyünün pozulması və yaxud dövlətlərin öz geosiyasi maraqlarından çıxış edərək hansısa yeni yaranmış qurumu müstəqil dövlət kimi (Kosova) tanımaqla faktiki olaraq bu prinsipləri ayaq altına alırlar: "Dünyanın aparıcı dövlətlərinin özləri belə, bu prinsiplərə qeyri-ciddi yanaşırlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan üçün Dağlıq Qarabağla bağlı ciddi təhlükələr var".
\r\n
\r\n
\r\n
\r\n sia.az
\r\n