PDF Oxu

Siyasət

  • 17

Akademik Ramiz Mehdiyevin kitabı AMEA-da müzakirə olundu

Akademik Ramiz Mehdiyevin kitabı AMEA-da müzakirə olundu

AMEA Rəyasət Heyətində akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabının müzakirəsinə dair elmi konfrans keçirilib. AMEA-dan SİA-ya verilən məlumata görə, konfransın açılışında AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.Sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın həqiqi üzvləri də tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, "Şərq-Qərb" nəşriyyat evində çapdan çıxmış bu kitab tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.Qeyd edək ki, R.Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabında İsmayıl Səfəvinin dövründə (1501-1524-cü illər) Səfəvilər dövlətinin Azərbaycan tarixi atlasından götürülmüş, həmin dövlətin miqyası barədə tam təsəvvür yaradan xəritəsinə və müvafiq illüstrasiyalara da yer ayrılıb.

sia.az

Digər xəbərlər