"Bir zamanlar deyiləndə ki, "Milli Şura"dakıların çoxunda milli heç nə yoxdur və onlar ermənilərə yaxın çevrələrlə işbirliyindədir, bəziləri buna qarayaxma kimi yanaşırdı". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində məlumat paylaşıb.Deputatın sözlərinə görə, sonra həmin MŞ-dakılar Məhsul stadionunda keçirdikləri mitinqdə Leyla Yunus və digər erməni yandaşlarının azadlığını tələb edib də girovluqdakı soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz Quliyevin adlarını bir dəfə də olsun dillərinə gətirməyəndə o "bəziləri" adladırdıqlarımızın sıraları xeyli seyrəldi, çünki deyilənlərin boşuna olmadığını gördülər: "Düşmənin hərbi helikopteri Ağdamda vurulanda və bütün erməni havadarları üstümüzə düşəndə MŞ-dakılar bir kəlmə belə bu haqda nə danışdı, nə də yazdılar. Bununla da onları yaxşı tanımayanların daha bir hissəsi ayıldı. İndi isə artıq cəbhədaşları bunların iplərinin kimlərin əlində olduğunu açmağa başlayıblar. "Milli Şura" adlandırılan nəsnə əslində Kirli Şuradır".
sia.az