Nizami rayonunda Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin təşkilatçılığı ilə "Qadınlar zorakılığa yox deyir!" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Gününə həsr edilən tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, QUPA İB-in sədri Kəmalə Məmmədova, Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Vəsilə Möhsümova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nəzakət Xudiyeva iştirak ediblər.QUPA İB-in sədri Kəmalə Məmmədova çıxışında qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması, insan hüquqlarının qorunması ilə bağlı kifayət qədər hüquqi sənəd qəbul olunub: "Sədri olduğum təşkilat bu istiqamətdə müxtəlif tədbirlər keçirdərək qadınlarımızı maarifləndirməyə çalışır. Azərbyacanın rayon və kəndlərində mütəmadi görüşlər keçirdərək qadınlarımıza öz tövsiyyələrimizi veririk".Daha sonra çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətdə kişilərlə bərabər hüquqa malikdirlər və onlar demokratik və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edir, kişilərlə bərabər məsuliyyət daşıyırlar.Dəgər çıxış edənlər isə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qadın siyasətindən, ölkədə qadın zorakılığına qarşı aparılan tədbirlərdən, qadın zorakılığına qarşı qəbul olunan qətnamə və qərarlardan, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıblar. Qeyd olunub ki, qadın zorakılığına qarşı mübarizədə təkcə hüquq mühafizə orqanları deyil, o cümlədən ictimaiyyətin bütün nümayəndələri də fəal iştirak etməlidirlər. Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
sia.az