PDF Oxu

Siyasət

  • 31

KİVDF Xaçmazda regional konfrans keçirib

KİVDF Xaçmazda regional konfrans keçirib

Bu gün Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə "İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun şərhi sahəsində Region KİV-lərinin marifləndirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin muzeyin foyesində qoyulmuş abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir akt zalında davam etdirilib.Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Şimal rayonlarında fəaliyyət göstərən media nümayəndələri, rayon ictimaiyyətinin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev regionlarda KİV və dövlət qurumları arasında münasibətlərdən danışıb və əlavə edib ki, bəzi media nümayəndələri həqiqətə uyğun olmayan məlumatlar yayır, bu da münasibətlərin istənilən formada qurulmasına əngəllər torədir. Bu isə eyni zamanda mediaya olan etimadı azaldır. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılıb."İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə informasiya əldə etmək haqqında qanunvericilikdən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib."Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da ölkəmizdə medianın fəaliyyəti üçün yaradılmış geniş imkanlardan danışıb və informasiya əldə etmək və onu geniş oxucu kütlələrinə çatdırılmasında iştirakçı olan peşəkar jurnalistlərin hələ də az olduğunu bildirib. Tədbir diskussiya şəklində davam etdirilib.

sia.az

Digər xəbərlər