PDF Oxu

Siyasət

  • 14

Yasamal YAP da gənclərin növbəti tədbiri oldu

Yasamal YAP da gənclərin növbəti tədbiri oldu

\r\n

\r\n

\r\n Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə \"Liderlik məktəbi\" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elməddin Əmirov, \"Aztelekom\" İstelsalat Birliyində gənclər birliyinin ilk ərazi partiya təşkilatının sədri Emin Rzayev, psixoloq Elnur Rüstəmov və müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

\r\n

\r\n Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatı gənclər birliyinin sədri B.Nəbiyev bildirib ki, bu gün Azərbaycan gəncliyi öz aktivliyi və intellektual potensialı ilə seçilir: \"Gənclərimiz mükəmməl təhsil alırlar, nümunəvi işlər görürlər və xarakterik xüsusiyyətləri ilə özlərində liderlik qabiliyyətləri formalaşdırırlar. Bu cəmiyyətimiz üçün çox vacib amillərdən biridir\".

\r\n

\r\n Daha sonra çıxış edən psixoloq E.Rüstəmov liderlik haqqında geniş məlumat verib. O, qeyd edib ki, liderlik geniş məfhumdur: \"Rəhbərlik və liderlik fərqli anlayışlardır. Rəhbərin səlahiyyətləri müəyyən çərçivədə olur, liderin imkanları isə heç bir çərçivəyə sığmır. Ulu Öndər Heydər Əliyevin həyatı əsl liderlik məktəbidir. O, liderliyin ən ümdə xüsusiyyətlərini özündə birləşdirmişdi. Bunu dünyanın ən məşhur siaysətçiləri də etiraf edirdilər. XX əsrin 80-90-cı illərində onun əvəzolunmaz lider kimi addımlar atması, daha sonra xalqı böyük fəlakətlərdən qurtarması bunun ən bariz nümunəsidir\".

\r\n

\r\n

\r\n

\r\n S.Feyruzov

\r\n

\r\n

\r\n

Digər xəbərlər