PDF Oxu

Siyasət

  • 25

"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" adlı konfrans keçirilir

"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" adlı konfrans keçirilir

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda ekspertlərin iştirakı ilə Azərbaycan ailə institutu: sosioloji, kulturoloji və psixoloji məqamlar, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərinrolukimi mövzular müzakirə olunub.Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı giriş nitqi ilə açaraq deyib ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub yaşadılması və təbliği olduqca vacibdir: "Bizim sosial-iqtisadi sahədə aparılan işlər həyatımızda da mühüm dəyişikliklərə səbəb olur. DQİDK-nın qarşısında ciddi vəzifələr var. Əgər bizim cəmiyyətdə neqativ hal varsa, onun qarşısı tez bir zamanda alınacaq. Prezident İlham Əliyev tərəfindən İslami dəyərlərə böyük önəm verilir. Ötən gün cənab Prezident tərəfindən dini icmalara vəsaitin ayrılması haqqında imzalanan sərəncam təqdirəlayiq haldır. Bizim ailələrimizin güclü olması, milli-mənəvi dəyərlərimizlə sıx bağlıdır". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan çoxmillətli respublikadır: "Bu konfrans bir növ ailə dəyərlərinin möhkəmlənməsinə xidmət edir. İlham Əliyev Ailə institutunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda 2 milyon ailə var. Həyata keçirilən dövlət proqramları, layihələr artıq öz nəticəsini verir. Azərbaycanda nikahların olması ilə bağlı yeni tendensiya yaranıb. Prezidentin göstərişi ilə bu ilin əvvəlində yarım milyondan artıq insan tibbi dispanserdən keçib. Azərbaycanda hər il mayın 15-də Ailə günü qeyd edilir".Qeyd edək ki, tədbirin sonunda iki Dövlət Komitəsi arasında 2015-ci ilə dair birgə tədbirlər planı imzalacaq.

sia.az

Digər xəbərlər