PDF Oxu

Siyasət

  • 22

MSK səsvermə bülletenlərinin çapına başlayıb

MSK səsvermə bülletenlərinin çapına başlayıb

Mərkəzi Seçki Komissiyası dekabrın 23-nə təyin olunan bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıb. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun başçılığı ilə MSK rəhbərliyi prosesin başlanması ilə əlaqədar mətbəədə olub.MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, Seçki Məcəlləsinin tələbinə görə, səsverməyə 10 gün qalmışa qədər seçki bülletenləri tam çap olunmalıdır: "Səsvermə bülletenləri 5 gün qalmışa qədər DSK-lara, 3 gün qalmışa qədər isə Məntəqə Seçki Komissiyalarına paylanılır".MSK sədri deyib ki, bələdiyyə seçkiləri ilə əlaqədar 1607 növ səsvermə bülleteni çap olunacaq: "Çünki Azərbaycanda 1607 bələdiyyə mövcuddur. Hansı bələdiyyədəki namizədlərin qeydiyyatı ilə bağlı heç bir problem yoxdursa, biz həmin bələdiyyələr üzrə səsvermə bülletenlərinin çapına başlamışıq. Məlumdur ki, namizədlərin qeydiyyatı 29 noyabr saat 18:00-da başa çatır. Bu müddət bitdikdən sonra namizədlərin narazılıqları ilə bağlı məhkəməyə müraciət etmək imkanları var. Belə olan təqdirdə həmin bələdiyyələrin səsvermə bülletenlərinin çapını sona saxlayacağıq".

M.Pənahov qeyd edib ki, seçicilər 5015 məntəqədə səs verəcəklər: "Bələdiyyə seçkiləri üçün 4976000 səsvermə bülleteni çap olunacaq. Bu, seçicilərin sayından 3 faiz çoxdur. Hesab edirəm ki, prosesin gedişi təsdiq etdiyimiz təqvim planına uyğun olaraq davam edir".MSK sədri mətbuat orqanlarını bələdiyyə seçkiləri ilə əlaqədar reportajlar hazırlamağa çağırıb.

sia.az

Digər xəbərlər