PDF Oxu

Siyasət

  • 23

Mübariz Qurbanlı: “Azərbaycanda mənsəblərarası qarşıdurma mövcud deyil” MÜNASİBƏT

Mübariz Qurbanlı: “Azərbaycanda mənsəblərarası qarşıdurma mövcud deyil” MÜNASİBƏT

"Biz bu tipli hərəkətləri qətiyyətlə pisləyirik. Bu hadisə baş verəndən sonra, məlumat bizə daxil olan kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov və komitənin nümayəndələri Qaraçuxur məscidinə gedib hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə hadisənin araşdırılmasında iştirak ediblər". SİA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirərkən deyib.Komitə sədrinin sözlərinə görə, bu gün də nümayəndələr həmin məsciddədirlər: "Biz məscidin axundu ilə sıx əlaqə saxlamışıq. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir. Bununla bağlı ilkin məlumatlar mediaya, ictimaiyyətə çatdırılıb. Məscid öz fəaliyyətini davam etdirir. Hesab edirəm ki, bu hərəkətləri həyata keçirənlər müəyyən mənfur niyyətlərini nəzərdə tuturlarsa, bunu reallaşdıra bilməyəcəklər. Çünki, Azərbaycanda möhkəm ictimai-siyasi, dini sabitlik var. Azərbaycanda mənsəblərarası qarşıdurma mövcud deyil. Odur ki, hansısa məscidə bu cür təxribat hərəkətlərinin edilməsi Azərbaycanda həm dini icmalarda, həm də insanlar arasında heş bir panika yarada bilməz və yaratmayacaq da! Gördüyünüz kimi, cəmiyyətdə bütün qurumlar bu hərəkətləri pisləyiblər. Hesab edirəm ki, bu günlərdə bu hərəkəti törədənlər tam aşkar olunacaq və ictimaiyyətə də bu barədə məlumat veriləcək".

sia.az

Digər xəbərlər