PDF Oxu

Siyasət

  • 25

Millət vəkilləri Kazanda

Millət vəkilləri Kazanda

Kazanda "Avrasiya İqtisadi İnteqrasiya" forumu öz işinə başlayıb

Bu gün Rusiya Federasiyasının Kazan şəhərində "Avrasiya İqtisadi İnteqrasiya: nailiyyətlər və problemlər" mövzusunda ikinci ictimai forum öz işinə başlayıb. SİA-nın məlumatına görə, forumun işində Avrasiya inteqrasiya proseslərinin iştirakçısı olan dövlətlərin qanunvericilik, icra hakimiyyəti orqanlarının nümayəndələri, MDB ölkələri və Avropa İttifaqının ekspertləri, alimlər, siyasətçilər, ümumilikdə 20 ölkədən 300 nəfər nümayəndə iştirak edib.Forum İştirakçıları dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, sosial siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev və Aydın Mirzəzadə iştirak edib.

sia.az

Digər xəbərlər