PDF Oxu

Siyasət

  • 23

Oktay Əsədov: "Martin Şultsun Azərbaycanda insan haqları ilə bağlı tənqidi fikirlərinin heç bir əsası yoxdur”

Oktay Əsədov: "Martin Şultsun Azərbaycanda insan haqları ilə bağlı tənqidi fikirlərinin heç bir əsası yoxdur”

"Avropa Parlamentinin rəhbəri Martin Şultsun Azərbaycanda insan haqları ilə bağlı tənqidi fikirlərinin heç bir əsası yoxdur. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov parlamentin bu gün keçirilən plenar iclasındakı çıxış zamanı deyib.O. Əsədov vurğulayıb ki, M. Şults Azərbaycanı tənqid etməzdən öncə Avropa İttifaqının tərkibindəki dövlətlərə, orada olan antisemitizmə, diskriminasiyaya, miqrantlara münasibətə, polislərin qəddarlığına baxsınlar: "Onların başqa işləri gücləri yoxdur? Avropada bir neçə müsəlman ölkəsi var. Bütün diqqətlərini cəmləyərək onlara qarşı şərləmə işləri ilə məşğuldurlar. Bunlar artıq açıq yalan danışmağa başlayıblar. Cənab Şults deyir ki, Azərbaycan dövlətinə müraciət edib ki, guya Leyla Yunusun məsələsi ilə əlaqədar Azərbaycana Parlament qrupu gəlsin. Amma tam yalandır. Nə Milli Məclisə, nə Azərbaycan hökumətinə heç bir müraciət olunmayıb. Hətta biz bilən məlumata görə, onlar heç qrup da tərtib edə bilməyiblər. Mötəbər tədbirdə belə bir ağ yalan demək heç bir siyasi xadimə hörmət gətirmir. Avropa Parlamentindən Azərbaycan hansı münasibəti görürsə, həmin münasibəti də göstərəcək".

sia.az

Digər xəbərlər