PDF Oxu

Siyasət

  • 26

Siyavuş Novruzov: “Bu, Azərbaycanın inkişafını gözü götürməməkdən başqa bir şey deyil”

Siyavuş Novruzov: “Bu, Azərbaycanın inkişafını gözü götürməməkdən başqa bir şey deyil”

"Bu gün Avropanın müxtəlif qurumları bütün diqqət və nəzərlərini Azərbaycana yönəldir. Bu isə Azərbaycanın inkişafını gözü götürməməkdən başqa bir şey deyil". SİA-nın məlumatına görə, bu sözləri YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.S.Novruzov bildirib ki, bunun nəticəsi olaraq dəfələrlə Azərbaycana qarşı ədalətsiz, demokratiyaya və insan haqlarına zidd şəkildə müxtəlif qərarlar qəbul edirlər: "Bu qərara səs verən elə adamlar var ki, onlardan soruşsan ki, kimi müdafiə edirsiz, deyə bilməyəcək. Onlar müdafiə etdikləri adamların ad və soyadlarını belə düzgün ifadə edə bilməyəcəklər".Millət vəkili deyib ki, Azərbaycan belələrinin təhriki ilə heç bir məsələyə münasibət bildirməməlidir: "Biz onlara qarşı addım atdıqca, onlar bəyanatlarını daha da sərtləşdirir, üzərimizə gəlirlər. Heç bir dövlətin digər bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur".

sia.az

Digər xəbərlər