PDF Oxu

Siyasət

  • 37

Millət vəkili: “İndi bunlar nə üzlə danışırlar?”

Millət vəkili: “İndi bunlar nə üzlə danışırlar?”

"Neftin qiymətində dəyişiklik var, qiymətlər bundan sonra arta da bilər, düşə də bilər. Məhz bu məsələ ilə bağlı dünyanın aparıcı beynəlxalq təşkilatları araşdırma aparıb bu nəticəyə gəliblər ki, proses müvəqqətidir və 2015-ci ildə təkrarlanmayacaq. Hətta bundan sonra da neftin ucuzlaşması sürətlənsə, bu, Azərbaycan üçün heç bir risk yaratmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatında problemlər yaradacağı ilə bağlı fikirləri tamamilə yanlış adlandıran A. Şahverdiyev əlavə edib ki, bu məlumatları müxalifət qəzetləri yayır: "Onların da məqsədi ölkəmizi gözdən salmaq, görülən işlərə xələl gətirməkdir. Biz bu gün büdcəni də təsdiq etdik. Milli Məclisdə bir çox məsələləri müzakirə etdik, bütün parametrlər üzrə öz mövqeyimizi bütün dünyaya bir daha çatdırdıq. Tutduğumuz yol inkişaf, tərəqqi, humanizm yoludur. Bizi heç bir təsir yolumuzdan döndərə bilməz. Gərək müxalifət bunu yadına salsın ki, 907-ci düzəliş, məhz AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycana tətbiq edildi, ölkəmizə yardımların edilməsi qadağan olundu. Bu gün isə, heç bir təşkilat, qurum Azərbaycana heç bir qadağa qoya bilməz".

sia.az

Digər xəbərlər