MÜNASİBƏT
"Bir ölkədə iqtidar varsa, deməli o ölkədə müxalifət də var. Amma müxalifətin mübarizəsi sivil olmalıdır. Heç olmasa yaxşıya yaxşı, pisə pis desinlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə ABŞ Konqresinin bir neçə üzvünün Barak Obamaya Azərbaycana dəstək verilməsi üçün məktub ünvanlaması və bunun AXCP sədri Əli Kərimli və onun təsiri altında olan qəzetlərdə narahatlıqla qarşılanmasına münasibət bildirərkən deyib.Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, radikal müxalifət nümayəndələri fəaliyyətləri ilə həm ictimaiyyətdə, həm də cəmiyyətdə nüfuzlarını itiriblər: "Həqiqəti deməkdən boyun qaçırırlar. Öz məqsədləri üçün beynəlxalq tədbirlərdə belə ölkənin imicinə xələl gətirməyə çalışırlar. Milli maraqlarımıza zərbə vurmaqdan ötrü ermənilərlə belə iş birliyinə gedirlər. Bir neçə konqresmenin Barak Obamaya müraciət ünvanlamasını da özlərinə məxsus şəkildə ifadə edirlər. Azərbaycanın beynəlxalq aləmdəki sarsılmaz nüfuzuna kimlərsə xələl gətirə bilməz. Onların hərəkətləri ictimai qınağa çevrilməlidir".
sia.az