"Müsavat qərargahının qarşısında piket keçirmək mənim təklifim idi. Ümumi razılaşma olmadığı üçün təxirə salındı. Ancaq nə vaxtsa keçiriləcəyi istisna olunmur". Bu fikirləri SİA-ya eks-Müsavat başqanının müşaviri olmuş və qurultaydan sonra partiya sıralarından istefa getmiş Hüseyn Məlik deyib.
Hüseyn Məlik hazırda baş verənlərin Arif Hacılı komandasının və keçmiş başqan İsa Qəmbərin öncədən qurduqları planlar əsasında reallaşdığını da istisna etməyib: "Bu iddianı inkar etmirəm. Məncə baş verənlər, məhz qabaqcadan qurulmuş planlar əsasında reallaşır".
Keçmiş müşavir müsavatçılıq ideologiyasına bağlı olacaq yeni partiyanın yaradılacağı ehtimalına da toxunub. Onun sözlərinə görə, hələlik bu məsələ gündəlikdə olmasa da, bunu zaman göstərəcək: "Hələlik, bu məsələ gündəlikdə yoxdur. Onu zaman göstərər. Baxaq görək, nə olur"
sia.az