PDF Oxu

Siyasət

  • 18

“Gənclərin 1-ci Sağlamlıq Forumu keçirilib”

“Gənclərin 1-ci Sağlamlıq Forumu keçirilib”

Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Gənclərin 1-ci Sağlamlıq Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd gənclərin sağlam ruhda böyüməsi, onların asudə vaxtının düzgün dəyərləndirilməsi, zərərli vərdişlərdən uzaq olmasına dair müzakirələrin aparılmasıdır.Forumda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin məsul işçisi Vüqar Səlimov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak ediblər.Çıxış edənlər qeyd ediblər ki, sağlam gənclikdə sağlam ruh olar: "Müstəqil Azərbaycanın gəncləri sağlam əqidəli, dövlətçiliyə sadiq, dünyagörüşlü gənclər olmaqla, bir çox xarici dövlətlərin gənclərinə nümunə sayılırlar. Minlərlə gənc asudə vaxtını idmana, müxtəlif layihələrin həyata keçirilməsinə sərf edirsə, bu, müsbət göstəricidir".Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu gənclər siyasətinin bu gün Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edən qonaqlar sözügedən Forumda qarşıya qoyulan məqsədə nail olduqlarını qeyd ediblər.

sia.az

Digər xəbərlər