PDF Oxu

Siyasət

  • 21

Füzuli rayonunda bələdiyyə seçkilərilə bağlı görüş keçirilib

Füzuli rayonunda bələdiyyə seçkilərilə bağlı görüş keçirilib

Bu gün Füzuli rayonu Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş vətəndaşlarla görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə 250 nəfər iştirak edib.Görüşdə Milli Məclisin deputatı, professor Aslan Şahverdiyev, "SƏS" qəzetinin baş redaktoru, Fəlsəfə doktoru Bəhruz Quliyev və YAP İcra Katibliyinin bölgə Kuratoru Ramil Mirzəyev iştirak edib.Görüşü YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova açaraq bildirib ki, Füzuli rayonunun işğaldan azad olunmuş hissələrində 21 Bələdiyyə üzrə 43 məntəqə üzrə seçkilər keçiriləcək. YAP tərəfindən 115 nəfərin namizədliyi irəli sürülüb. Bunlardan 41 nəfəri qadın, 61 nəfəri isə gənclərdir.Çıxış edən Aslan Şahverdiyev ölkəmizin dünya arenasındakı yeri, gender bərabərliyi, dövlətimizin mənafeyinin qorunması haqqında məlumat verib. Bildirib ki, YAP regionun ən böyük partiyasıdır. Millət vəkili vətəndaşları ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləməyə çağırıb.Daha sonra çıxış edən Bəhruz Quliyev bildirib ki, seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülən vətəndaşlar arasında gənclər və qadınlar əvvəlki illərə nisbətən daha çoxdur. Bu gender bəreabərliyinə bir nümunədir. Gənclər isə dövlətimizin diqqət mərkəzindədir.Daha sonra namizədliyi irəli sürülmüş Vəfa Süleymanova, Hikmət Əliyev çıxış edərək bu ehtimadı doğruldacaqlarına, bunu öz işləri və əməlləri ilə sübut edəcəklərinə söz veriblər.

sia.az

Digər xəbərlər